Yuxarı

"Qarabağ" və "Kopenhagen"in rəhbərləri bir arada

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" və "Kopenhagen"in rəhbərləri bir arada

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək "Qarabağ" və "Kopenhagen" klublarının rəhbərləri arasında görüş keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, görüşdə "Qarabağ" klubunu prezident Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Əmrah Çelikel və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil ediblər.

"Kopenhagen"in prezidenti Lars Seier, Stadion və obyektlər üzrə direktor Brian Mansson, Klub əlaqələri üzrə rəhbər Daniell Askholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün UEFA nümayəndəsi serbiyalı Yovan Surbatoviç də tədbirə qatılıb.

Burada təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.

Sonda oyunla bağlı xatirə hədiyyələri də qarşılıqlı olaraq təqdim olunub.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Tarix
2025.10.01 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla