Yuxarı

Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Paytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək. Belə ki, tədbirin ilk günü – mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.

Həmin gün “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək. “28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək.

Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, WUF13 günlərində Bakı metropolitenində könüllülər də fəaliyyət göstərəcəklər. Ümumilikdə 56 könüllü 9 stansiyada növbəli rejimdə (07:00-15:00 və 15:00-22:00) çalışaraq sərnişinlərə, tədbir iştirakçılarına dəstək olacaq.

Tarix
2026.05.15 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla