Suriyanın bölünmə planlarının bu gün də qarşısındayıq. Hər hansı bir terror təşkilatının yaranmasının qarşısını almaq üçün diplomatiyanın bütün kanallarını işə salmışıq. Diplomatik təşəbbüslər cavabsız qalarsa, Türkiyənin siyasəti bəllidir. Türkiyə Suriyada dejavüyə icazə verməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində çıxışı zamanı deyib.
“Bu, bölgəmizi terrordan xilas etmək üçün atılan addımdır. Biz hamımız ortaq gələcəyin yolçularıyıq. Biz bir-birimizə divarın kərpicləri kimi sıx yapışsaq, bölgədə sülh bərqərar olacaq. Necə ki, Çanaqqalada türk, kürd, ərəb birlikdə vətəni müdafiə etdilər, tezliklə də ölkənin rifahını və inkişafını birlikdə möhkəmləndirəcəklər”, - Ərdoğan əlavə edib.