Yuxarı

Səfərbərliyin 75 əməkdaşının işi prokurorluğa göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2025-ci ilin III rübündə 75 nəfər barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatlarında bildirilib.

Məlumata görə, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Qeyd olunub ki, cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Tarix
2025.10.02 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kopenhagendə daha bir tədbirdə...

Əliyevlə Paşinyan 4 ayda 4 dəfə görüşüb - Foto

Prezident Kopenhagendə açılış mərasimində - Foto

Türkmənistan liderindən Azərbaycanla bağlı qərar

Xalqın müdrik seçimi

İlham Əliyev Paşinyanla görüşdü - Video

Macarıstan Azərbaycana görə bunu qadağan etdi

İlham Əliyev AB liderləri ilə görüşdü - Foto

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

Prezidentin Danimarka səfərindən görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla