Yuxarı

“Liverpul”dan öndəyik, bu, tarixi andır...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Liverpul”dan öndəyik, bu, tarixi andır...

Sentyabrın 27-də Anım Gününü qeyd etdik. Bu möhtəşəm qələbəni xalqımıza, şəhidlərimizə, qazilərimizə həsr etmək istəyərdim. Cənab Prezidentimiz hazırda Kopenhagendədir və bu qələbəni ona həsr edirik. Möhtəşəm zəfərdir. Çox qürurluyuq.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O qeyd edib ki, bu gün bütün dünya “Qarabağ”dan danışır:

“Danışacaq da. Bu matç sübut etdi ki, “Benfika” üzərində qazanılan qələbə təsadüf deyildi. “Qarabağ” Avropa futbolu oynayır. Möhtəşəm futbol sərgiləyən bir komanda kimi özünü təsdiqləyib. Bundan sonra da Azərbaycanın adını zirvələrə daşımaq üçün əlimizdən gələni edəcəyik. Mənim komandadan hər oyunda mütləq qələbə qazanaq deyə gözləntim yoxdur. Gözləntim odur ki, komanda ürəklə oynasın və əlimizdən gələni edək”.

T.Gözəl 2 oyunda qazanılan 6 xalı möcüzə hesab edir:

“Liverpul”dan öndəyik, bu, tarixi andır, möcüzədir. Hesab edirəm ki, 1 qələbə, 1-2 heç-heçə sayəsində 24-lüyə düşə bilərik”.

İlk 24-lüyə düşməyin artıq hədəf olduğunu deyən klub rəhbəri növbəti turda Bilbaoda “Atletik”ə qarşı keçirəcəkləri matçdan da danışıb:

“Daha əvvəl İspaniyada oynamışıq. Xüsusən də, “Atletiko” ilə matçlar yaddaqalan olub. Hər iki görüşdə son 20 dəqiqədə azlıqda oynasaq da, heç-heçəyə nail olmuşduq. Böyük həvəslə İspaniya səfərinə yollanacağıq. Özümüzə inanırıq. Xalqımıza növbəti sevinci yaşatmaq istəyirik”.

Tarix
2025.10.02 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla