Yuxarı

Köçəryan açıq oynayır: KTMT, AB və müharibə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan açıq oynayır: KTMT, AB və müharibə...

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kapmaniyası yeni başlasa da, artıq baş nazirliyə namizədlər regional siyasətlə bağlı mövqelərini tam şəkildə ifadə ediblər.

Axar.az xəbər verir ki, “Ermənistan” blokunun lideri, ölkənin ikinci prezidenti Robert Köçəryan tam mənası ilə rusiyapərəst siyasət yeritdiyini açıqlayıb.

O, heç vaxt Ermənistanın Avropa Birliyinin üzvü qəbul edilməyəcəyini deyib:

“Coğrafiya amansızdır. Siz doğrudanmı inanırsınız ki, Ermənistanı AB-yə üzv qəbul edə bilərlər? Əgər Türkiyə və Gürcüstan AB üzvü olarsa və biz 20 il növbəyə durarıqsa, bəlkə də onda mümkün olar. O vaxta qədər də AB indiki kimi qalacaqmı?”

Köçəryan Ermənistanın üzvü olduğu Aİİ-ni müdafiə edib.

Həmçinin İrəvanın KTMT ilə münasibətləri nizamlanmasının vacibliyini önə çəkib.

“Mürəkkəb regionda yerləşən kiçik bir ölkə üçün müdafiə strukturunun bir hissəsi olmamaq böyük təhlükədir və Cənubi Qafqazda KTMT-yə alternativ NATO-dur. Rusiya və KTMT-dəki digər ölkələrlə düzgün münasibətlər qurmaq əvəzinə, demək olar ki, hər kəslə münasibətləri korlayıblar. Münasibətləri bərpa etməliyik. Təşkilatın mərkəzi ölkəsi Rusiyadır və KTMT onun ətrafında qurulub. Rusiya ilə münasibətləri bərpa etməklə təhlükəsizliyi ciddi şəkildə gücləndirəcəyik”, - deyə Köçəryan ikitərəfli razılaşmanı və hərbi bazanın mövcudluğunu xatırladaraq vurğulayıb.

Köçəryan Azərbaycanla sülh sazişinin “bu şərtlərlə” bağlanmasının da əleyhinədir və Qarabağ münaqişəsinin başa çatdığını qəbul etmək niyyətində olmadığını da elan edib.

Başqa sözlə, Köçəryan Ermənistanı Rusiyanın forpostuna çevirməkdə qərarlıdır: yenə KTMT, Aİİ və Azərbaycanla müharibə vəziyyəti. Putinin yaxın dostu olan və hazırkı seçki kampaniyasında Rusiyadan misilsiz dəstək alan Köçəryan Cənubi Qafqazı nəzarətə götürmək üçün Kremlin son kartıdır. Kreml Köçəryan vasitəsilə müharibəni alovlandırıb, Azərbaycana da təzyiq aləti əldə etməyə çalışır.

Tarix
2026.05.15 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla