Yuxarı

Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN

Rusiya hələ də Ukrayna ərazisinin demək olar ki, beşdə birinə nəzarət etsə də, son aylar Kremlin uzun müddətdən sonra ilk dəfə olaraq hücum tempinin faktiki dayanması və Ukrayna qüvvələrinin tədricən əraziləri geri qaytarmağa başlaması ilə yadda qalıb.

Axar.az xəbər verir ki, bu barədə CNN-in Ukrayna hərbçiləri, analitiklər və rəsmilərlə söhbətlərinə əsaslanan materialında bildirilib.

Ukraynanın pilotsuz sistemlər bölməsi “Lazar Qrup”un Zaporojye yaxınlığında döyüşən zabiti Kirill Bondarenko nəşrə cəbhədə əhval-ruhiyyənin nəzərəçarpacaq dərəcədə dəyişdiyini deyib:

“Biz ön xətdə rus qoşunlarının əhvalının necə dəyişdiyini görə və hiss edə bilirik. Onlar yorulublar. Biz hadisələrin gedişatını dəyişə bildik”.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (İSV) məlumatına görə, apreldə Ukrayna həqiqətən də Rusiyanın ələ keçirə bildiyindən daha çox ərazi azad edib.

Məqalədə qeyd olunur ki, bu, Ukraynanın 2024-cü ilin avqustunda Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatdan sonra ilk dəfə baş verib.

Jurnalistlər bildirirlər ki, söhbət hələlik kiçik ərazi dəyişikliklərindən gedir, lakin tendensiyanın özü Rusiya Prezidenti Vladimir Putin üçün problemdir. Çünki o, illərdir həm rusları, həm də beynəlxalq auditoriyanı Rusiyanın qələbəsinin qaçılmaz olduğuna inandırmağa çalışır.

Tarix
2026.05.15 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla