Yuxarı

İlham Əliyev AB liderləri ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev AB liderləri ilə görüşdü - Foto

11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə Antonio Koşta və Ursula Fon der Leyen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik ediblər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildiriblər.

Antonio Koşta və Ursula Fon der Leyen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildiriblər. Onlar həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa Birliyi üçün mühüm istiqamət olduğunu deyiblər.

Görüşdə Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində oynadığı rola toxunulub, 2022-ci ildə Avropa Birliyi ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı sahəsində əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirilib.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib və sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd etdi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.

Dövlətimizin başçısı hazırda 10 Avropa, o cümlədən 8 Avropa Birliyinə üzv dövlətin Azərbaycan qazını aldığını bildirdi və bunun Avropa Birliyinin enerji təhlükəsizliyə mühüm töhfə olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb və hazırda Mərkəzi Asiyadan Azərbaycan üzərindən nəqliyyat həcmlərinin artdığını bildirib.

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu vurğulanıb.

Tarix
2025.10.02 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Ermənistana 977 ton dizel yanacağı göndərilir

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla