Yuxarı

Almaniyada ölən əsgərin ölüm kağızı qəbul edilmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada ölən əsgərin ölüm kağızı qəbul edilmir

"Almaniyadan oğlumun meyitini gətiriblər, amma hələ də "Zaqs"dan lazım olan sənədi ala bilmirəm".

Bu sözləri "Axar.az"a redaksiyamıza şikayətə gələn Salyan rayon sakini Əli Quliyev deyib. Onun sözlərinə görə, oğlu bir aydan artıq müddətdir ölsə də, dövlət qurumları onu get-gələ salıb və sonuncu dedikləri söz isə oğlunun ölümünə görə Ə. Quliyevə çatacaq pulun ona verilməyəcəyi ilə bağlı fikir olub:

"Mənə dedilər ki, oğlun xarici ölkədə öldüyü üçün sizə heç bir pul düşmür".

Qanunda ölüm yeri ilə bağlı heç nə yoxdur

Hüquqşünas Müzəffər Baxış isə bu məsələ ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyətin nəzərdə tutulmadığını bildirdi:

"Bu və bu kimi məsələlər "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə tənzimlənir. Bu qərarda ölüm məkanının fərqli olması ilə bağlı heç nə yazılmayıb. Əgər şəxs Azərbaycan Respublikasının vətəndaşıdırsa, o zaman onun ailəsinə lazımi sənəd verilməlidir".

Təqdim edilən sənədlər doğru deyil

Salyan rayon VVAQ idarəsinin rəhbəri Naibə Xəlilbəyli isə "Axar.az"a açıqlamasında ona yönələn ittihamların əsassız olduğunu bildirdi: "Bizə təqdim edilən sənədlərdə ölüm səbəbi və ödəniləcək məbləğlə bağlı heç bir şey yazılmayıb. Əgər ölüm səbəbi göstərilən sənəd təqdim edərsə, o zaman biz də onlara hüquqi çərçivədə yardım edə bilərik".

Xatırladaq ki, şikayətçi Əli Quliyevin oğlu Natiq Quliyev bir neçə həftə öncə müalicəyə getdiyi Almaniya xəstəxanaların birində keçinib. Atası onun hərbi xidmət zamanı yaralandığını və Bakıda yerləşən "Meqaplaza" klinikasında Şəkərov familiyalı həkimin oğlunu əməliyyat edərək daha da pis günə qoyduğunu bildirir.

Tarix
2014.02.27 / 15:52
Müəllif
Tural İbadov
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla