Yuxarı

Küçədə söyüş söyən tiktoker həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Küçədə söyüş söyən tiktoker həbs olundu

Gəncədə küçədə söyüş söyən tiktoker həbs olunub.

Axar.az lent.az-a istinadla xəbər verur ki, 47 yaşlı Murad Rüstəmov şəhər ərazisində polis şöbəsinin yaxınlığında mobil telefonla danışarkən uca səslə söyüşlər söyüb. Məlumata əsasən, buna görə polis əməkdaşları ona irad bildirəndə isə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərinə davam edib.

Nəticədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 6 il əvvəl Ukraynadan Azərbaycana gəlib:

“Bir neçə ildir tiktokda 69 min izləyicisi olan səhifəmdə din əleyhinə paylaşımlar edirəm. Paylaşımlarım dindarların hissiyatına toxunur. Buna görə də dindarlar məni söyürlər və hətta 3 dəfə həyatıma sui-qəsd olub. Həmin hadisələrlə bağlı polis araşdırma da aparıb”.

Murad Rüstəmov əlavə edib ki, barəsindəki ittihamlarla razı deyil.

Gəncə şəhər Məhkəməsində hakim Zaman İmanovun sədrliyi ilə keçirilən prosesdə Murad Rüstəmov barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin olunub.

Tarix
2025.10.04 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla