Yuxarı

Boksçularımızdan 1 qızıl, 5 gümüş, 3 bürünc medal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçularımızdan 1 qızıl, 5 gümüş, 3 bürünc medal

15:48

Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri yekunlaşıb.

Axar.az xəbər verir ki, boks yarışlarında qadınlar arasında müxtəlif çəki dərəcələrində qızıl medallar uğrunda döyüşlər keçirilib.

Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxıb. Boksçularımızdan 1-i qızıl, 5-i isə gümüş medalla turniri başa vurub. Belə ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Gülər Hüseynova finalda rusiyalı Daria Qavrina üzərində qələbə qazanaraq qızıl medala sahib olub. Digər boksçularımız – Aysel Fərəcova (46 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Fidan Bakarova (63 kiloqram) və Aynur İsmayılova (60 kiloqram) isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Bundan əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram) və Mirrüqeyya Azərpur (57 kiloqram) bürünc medallar qazanıblar.

Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.

Digər final döyüşlərində isə rusiyalı boksçu Viktoriia Klimova (46 kiloqram), özbək idmançıları Nazokat Mardonova (50 kiloqram), Sabina Mirzaeva (52 kiloqram), Kumriniso Muhammədova (54 kiloqramda), Farzuna Ruzieva (57 kiloqram) və Rushanabonu İsoeva (63 kiloqram), Qazaxıstan təmsilçiləri Jasmin Abramyan (60 kiloqram) və Dilyara Tursynbek (66 kiloqram) qızıl medallara sahib olublar.

Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.

Tarix
2025.10.04 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla