Yuxarı

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

Azərbaycanın aparıcı dağ-mədən şirkəti AzerGold QSC daha bir gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib. Yeni sikkə kolleksiyası füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri – səkkizguşəli ulduz və kənarlarındakı Laçın quşunun həndəsi formalı motivlərdir. Laçın quşu azad ruhun, əzəmətin, gücün və cəsarətin rəmzidir. Təsvir həm də Laçın şəhərinin adının mənşəyi ilə bağlı ən geniş yayılmış fərziyyələrdən birinə işarədir. Sikkənin haşiyəsindəki qədim naxış elementləri arasında diqqətli baxışla sezilən, məhsulun incə və zərif şəkildə həkk olunmuş adı - “Lachin” yazısı kompozisiyaya xüsusi məna qatır.

Qeyd edək ki, “Laçın” kolleksiyası AzerGold QSC-nin təşəbbüsü ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5,10,20 qram çəkilərdə hazırlanıb. İstehlakçılar kolleksiyanı AzerGold QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, eləcə də şirkətin onlayn satış platforması www.azergold.gift -dən sifariş edərək əldə edə bilərlər.

Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilərək, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim olunub. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. Qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

Tarix
2025.10.06 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla