Yuxarı

Zakir Həsənov Britaniya səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Britaniya səfiri ilə görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.

F.Auld isə öz növbəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.

Krallığın Azərbaycandakı hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Tarix
2025.10.06 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər

İlham Əliyev Orbanla görüşdü - Foto

Azərbaycanın Şimali Kiprə dəstəyi... - Prezident

Şövkət Mirziyayev də Qəbələdədir

Tokayev Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan

Prezident Ərsin Tatarla görüşdü - Foto

İrəvan 44 günlük müharibəni arxivləşdirdi

Japarov Qəbələyə gəldi

Ukrayna zəif nöqtələri tapdı: 4 gündür ardıcıl vurur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla