Yuxarı

“Azercell” bu kofransın sponsorudur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” bu kofransın sponsorudur

9-10 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biri – CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı, “Ağıllı şəhər”də kibermüharibə simulyasiyaları və kibertəhlükəsizlik həlləri sərgisi keçiriləcək.

Bu platforma iştirakçılara həm real ssenarilər üzərində təcrübə qazanmaq, həm də innovativ texnologiyalarla tanış olmaq imkanı yaradacaq.

Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Biznes müştəriləri üçün etibarlı təhlükəsizlik xidmətləri təqdim edən və bu vacib sahədə mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran “Azercell” tədbirin gümüş sponsorudur. Bundan əlavə, mobil operatorun kibertəhlükəsizlik komandası CİDC 2025 yarışmasında şifrələmə, sənaye idarəetmə sistemləri, proqramların kodunun araşdırılması və digər sahələr üzrə təqdim olunacaq tapşırıqlarda bacarıqlarını nümayiş etdirəcək.

“Azercell”in məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, rəqəmsal mədəniyyəti gücləndirmək və regionda informasiya təhlükəsizliyinin təminatına töhfə verməkdir.

Tarix
2025.10.06 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər

İlham Əliyev Orbanla görüşdü - Foto

Azərbaycanın Şimali Kiprə dəstəyi... - Prezident

Şövkət Mirziyayev də Qəbələdədir

Tokayev Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan

Prezident Ərsin Tatarla görüşdü - Foto

İrəvan 44 günlük müharibəni arxivləşdirdi

Japarov Qəbələyə gəldi

Ukrayna zəif nöqtələri tapdı: 4 gündür ardıcıl vurur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla