Yuxarı

Məzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var - Gəlini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var - Gəlini

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı H.Pənahovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında H.Pənahova bildirib:

“Qarşı tərəfin növbəti instansiya məhkəməsinə müraciət etmək üçün vaxtı var. Yəqin ki, əşyalarımı geri qaytaracaqlar. Bildiyim qədəri ilə qarşı tərəf məhkəmədə uduzduğu üçün vəkilini də dəyişib”.

Həyat yoldaşından təhdidlər aldığı üçün onu telefonda əngəllədiyini bildirən H.Pənahova əlavə edib:

“Ortada uşaq da yoxdur, mülk bölgüsü də. Nə onların imarətini istəyirəm, nə də maşınlarını. Mən öz şəxsi əşyalarımı, qızıllarımı, cehizimi istəyirəm. İlyarımdır mən boşana bilmirəm. Süni şəkildə prosesi uzadırlar. Görünür, Məzahir Pənahov məhkəmə sədrinə zəng edib prosesi süni şəkildə uzatdırmağa nail olub. İki ay keçib, hakim hələ də boşanma işinə baxmayıb.

Əşyalarım Bakıdadır, Məzahir Pənahovda, bizim yaşadığımız villadadır. Amerikada, birgə yaşadığımız Los-Ancelesdə ancaq iki çamadanım qalıb. Geyimləri də onlara hədiyyə edirəm, heç olmasa, qızıllarımı qaytarsınlar. Orada sadəcə, onların mənə toyda hədiyyə etdikləri qızıllar deyil ki, mənim özümün, ailəmin də bağışladığı zinət əşyaları da var. Bu ailə oğrudur. Onlara mənim qızıllarım lazımdır? Məzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var. Məzahir Pənahov oğlunu özü işə düzəltmirdi ki, alkolizmdən əziyyət çəkir. Ona görə də oğlunu Amerikaya göndərmişdi. Atam Məzahir müəllimə zəng etmişdi ki, gəlsin ağsaqqaların iştirakı ilə danışıqlar aparılsın. Dedi, gələcəm, amma gəlmədi. Söz göndərdilər ki, utanırlar. Nədən utanırlar?”

Qeyd edək ki, ötən ay Bakı Apellyasiya Məhkəməsi Məhəmməd Pənahovun xanımına aid 300 min manat dəyərində olan əşyaları geri qaytarmasına dair yekun qərar çıxarıb. Daha öncə mətbuatda H.Pənahovanın yoldaşı tərəfindən fiziki zorakalığı məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı. Məhəmməd Pənahov barədə Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Tarix
2025.10.17 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla