Yuxarı

Bazarda arabaçı işləyir: adına 5 şirkət, 54 min borc var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bazarda arabaçı işləyir: adına 5 şirkət, 54 min borc var - Video

Özü arabaçı işləyir, amma adına 5 şirkət var, 54 min 441 manat da vergi borcu. Şəhid qardaşı olan Xəqani Qasımov bunu da Rusiyaya getmək istəyərkən öyrənib. Vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.

Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Xəqani Qasımov işə düzəltmək adı ilə ona bir neçə sənədə qol çəkdirib, şəxsiyyət vəsiqəsini də götürdüklərini bildirib.

Onlardan xəbər çıxmadığını görən Xəqani Qasımov arabaçılıq etməyə davam edir. Bir gün də Rusiyada yaşayan qohumlarının yanına gedib orada fəhlə kimi işləmək qərarına gəlir, borc tapıb bilet alır.

Xaqani Qasımovun sözlərinə görə, Dövlət Vergi Xidmətindən ona bildirilib ki, məhkəməyə müraciət etməlidir. Onun isə vəkil tutmağa da pulu yoxdur. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, başqa adamın adına VÖEN açmaq qeyri-münmkündür. Bunun üçün ya həmin adam kiməsə etibarnamə verməli, ya da özü idarəyə müraciət edib açdırmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2025.10.18 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...

Naxçıvandan başlayan müstəqillik yolu

Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto

Qazaxıstanla ticarət dövriyyəmiz 547 milyon dollara çatıb

Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi...

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla