Yuxarı

Maşına zorla mindirib apardı, dostları ilə birlikdə döydü: 3 qazi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşına zorla mindirib apardı, dostları ilə birlikdə döydü: 3 qazi...

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Axar.az xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları - 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar.

Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2025.10.30 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu

Yeni dövlət yaranır: türk, yoxsa yəhudi kimliyi olacaq?

DTX icra başçısını Mehdiyev işinə görə saxlayıb? - Şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla