Yuxarı

Saleh Səmədovun bir qardaşı həbs olundu, digəri isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saleh Səmədovun bir qardaşı həbs olundu, digəri isə...

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca bu ailəyə aid daha bir xəbər yayılıb.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.

Onun digər qardaşı Sahib Səmədovun da analoji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.

Mənbənin verdiyi məlumata görə, Atababa Səmədov bir qrup şəxslə mütəşəkkil qaydada dələduzluq əməli törətməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Atababa Səmədov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin ümumi məbləği 320 min dollar miqdarında pulunu mənimsəyib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə vəd veribmiş.

Saleh Səmədovun qardaşının Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb. O da məlum olub ki, Atababa Səmədov illər öncə də məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Saleh Səmədov Faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etmişdi.

Tarix
2025.10.30 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla