Yuxarı

Rayonlara gedənlərin nəzərinə: Bilet alışında dəyişiklik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayonlara gedənlərin nəzərinə: Bilet alışında dəyişiklik...

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə müvafiq qanunvericiliyə əsasən bilet alışı prosesinə dəyişiklik edilib.

BBAK-dan Axar.az-a verilən məlumata görə, şəhərlərarası və rayonlararası reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir.

Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün satılır. Bu qayda "biletim.az" portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil olunur.

Qeyd edək ki, bu qayda ilkin mərhələdə digər şəhər və rayon avtovağzallarına şamil edilmir. Sərnişinlərdən bilet alarkən BBAK-a çatma vaxtlarını müvafiq qaydaya əsasən tənzimləmələri xahiş olunur.

Əlavə edək ki, kassaya gəlmədən, öncədən rahat şəkildə bilet almaq üçün "biletim.az" platformasından istifadə etmək tövsiyə olunur. Daha sərfəli qiymət və yer seçimi imkanından yararlanın!

Tarix
2025.10.30 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla