Yuxarı

Əli Əsədov BƏƏ Milli Şurasının sədri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov BƏƏ Milli Şurasının sədri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 30-da Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

Nazirlər Kabinetindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Cari ilin sentyabr ayında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin imzalanması ilə Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Parlamentlərarası münasibətlərə də toxunularaq, parlament səviyyəsində qarşılıqlı səfərlərin və hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının hərtərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.

Görüşdə Azərbaycan ilə BƏƏ arasında iqtisadi-ticari, investisiya, bərpaolunan enerji, neft-qaz, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Tarix
2025.10.30 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla