Yuxarı

SSRİ-də doğulan şəxs MOSSAD şefi olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ-də doğulan şəxs MOSSAD şefi olacaq

İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi olan general-mayor Roman Qofman MOSSAD-ın yeni rəhbəri postuna əsas namizəd kimi göstərilir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, MOSSAD rəhbərliyinə əsas namizədin hazırda Baş nazirin hərbi katibi vəzifəsini icra edən general-mayor Roman Qofman olduğu iddia edilir.

MOSSAD rəhbərinin standart vəzifə müddəti 4 ildir, lakin baş nazir bu müddəti 1 il uzatmaq səlahiyyətinə malikdir. Hazırkı rəhbər David Barnea 2025-ci ilin 1 iyununda postunu tərk etməli idi, lakin hazırda uzadılmış müddət çərçivəsində fəaliyyətini davam etdirir.

Roman Qofman 1976-cı ildə Belarusun Mozyr şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb.

O, İsrail Müdafiə Qüvvələrinin (IDF) müxtəlif yüksək komandir vəzifələrində çalışıb:

- 75-ci batalyonun komandiri

- “Etsion” regional briqadasının rəhbəri

- 7-ci tank briqadasının komandiri və digər bölmələrdə xidmət edib.

Tarix
2025.10.30 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla