Yuxarı

“Rabitəbank” ağacəkmə aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rabitəbank” ağacəkmə aksiyası keçirdi

“Rabitəbank” ASC və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Təbiətin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına töhfə verən bu təşəbbüs çərçivəsində ərazidə 500 ədəd şam və zeytun ağacı əkilib. Əkilmiş ağacların sağlam şəkildə böyüməsi üçün suvarma və qulluq tədbirləri həyata keçirilib.

Layihənin əsas məqsədi ekoloji davamlılığa töhfə vermək, ətraf mühitin qorunmasını cəmiyyətə daha geniş şəkildə çatdırmaq, həmçinin gənc nəslin təbiətə qayğı ilə yanaşmasını təşviq etmək olub.

Rabitəbankın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri ekoloji dəyərlərin qorunması və yaşıllaşdırma təşəbbüslərinə dəstək göstərməkdir. Bank bu istiqamətdə mütəmadi olaraq müxtəlif sosial layihələr və maarifləndirici aksiyalar həyata keçirir.

Ekoloji balansın qorunması və daha yaşıl gələcəyin formalaşması üçün həyata keçirilən bu aksiya, həm təbiətə sevgi mesajı, həm də Rabitəbankın davamlı inkişaf prinsiplərinə sadiqliyinin növbəti göstəricisidir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.10.30 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla