Yuxarı

ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!

ABB 8 Noyabr Zəfər Gününə özəl olaraq sosial məsuliyyət yönümlü keşbek kampaniyasına start verib. 1-15 noyabr 2025-ci il aralığında ABB-nin kartları ilə ödəniş edən müştərilərin qazandıqları keşbekin 10 AZN-ə qədər olan hissəsini Bank öz hesabına YAŞAT Fonduna ianə edəcək.

Beləliklə, müştərilər həm özləri keşbek qazanacaqlar, həm də YAŞAT Fonduna ianələrin edilməsinə dəstək olacaqlar. Müştərilər ABB mobile tətbiqindəki “Paket seçimi” bölməsində “Zəfər paketi”ni aktivləşdirərək bu kampaniyaya qoşula bilərlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.10.30 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla