Beyləqanda "Mersedes" və "KİA" toqquşdu: yaralılar var
20:36
| Ana səhifə Toplum |
|
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Sərdar Süleyman oğlu Nəsirov müharibədə həyatını itirib.
Döyüşlərdə Rusiya tərəfindən iştirak edən Sərdar Nəsirovun cənazəsi bu gün (oktyabrın 30-da) Bakıya gətirilib və Türkandakı qəbiristanlıqda dəfn ediləcək.
Ölən şəxs əslən Naxçıvanın Sədərək qəsəbəsindəndir.
Qeyd edək ki, 2023-cü il dekabrın 7-də müxtəlif cinayətlərdə ittiham olunan üç şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edilib və onların arasında Sərdar Nəsirov da olub.
Rusiya vətəndaşı olan Sərdar Süleyman oğlu Nəsirov bir qrup şəxslə əlbir olaraq, qəsdən adam öldürmə və quldurluq hərəkətləri, eləcə də digər soyğunçuluq fəaliyyətlərində ittiham olunub.
|
Tarix
2025.10.30 / 17:06
|
Müəllif
Axar.az
|