Yuxarı

“Əcəmi dairəsi”ndə xuliqanlıq edənlərə qarşı tədbir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əcəmi dairəsi”ndə xuliqanlıq edənlərə qarşı tədbir - Video

Bakının Nəsimi rayonunda gecə saatlarında vətəndaşların rahatlığını pozan və yol hərəkəti qaydalarına əməl etməyən nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub. Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.

Bununla yanaşı tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyən, tullantıları urnalardan kənara atan, küçə ticarəti ilə məşğul olan, xırda xuliqanlıq və digər hüquqpozmalara yol verən şəxslər də müəyyən olunublar.

Həyata keçirilən profilaktik tədbirlərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsidir.

Vətəndaşları narahat edən bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Tarix
2025.11.01 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla