Yuxarı

Əti hansı qida əvəz edə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əti hansı qida əvəz edə bilər?

Son zamanlarda insanlar əti tərkibi və mineralları baxımından əvəz edə biləcək qidalar axtarırlar. Ancaq təəssüf ki, elə bir qida yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında qida eksperti Ağa Salamov əti əvəz edə biləcək qidalardan danışarkən bildirib.

Ekspertin sözlərinə görə, ətin tərkibində olan B12 vitaminini başqa qida ilə əvəz etmək doğru deyil:

“Bəli, B12 göbələkdə də var. Ancaq neçə kq göbələk yemək lazımdır ki, ətin 100 qramında olan B12-ni ala bilək? Bu mümkün deyil. Ya da ki, B12-ni əlavə şəkildə qəbul etmək olar. Bu da düzgün deyil. İnsan ümumiyyətlə, ət yeməlidir. Çünki insanlar Omnivor - həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanan canlılar qrupuna aiddir. Həmçinin orqanizmdə əzələləri oksigenlə təmin edən miqlobin zülalını ətdən başqa heç yerdən almaq olmur.

Ət istifadə etməsək, yalnız ətdə olan B12 və miqlobini qəbul etməsək, nə olacaq? Təbii ki, anemiya və digər xəstəliklər yaranacaq. Ümumiyyətlə, insan əti menyusundan çıxarmamalıdır. Ona görə də əti hər hansı qida ilə əvəz etməyin əleyhinəyəm”.

A.Salamov əlavə olaraq qeyd edib ki, dabaq xəstəliyi yayıldığı üçün insanlar ət almağa tərəddüd edirlər:

“Ancaq burada heç bir təhlükə yoxdur. Həmçinin dabaq xəstəliyi əti çiy yeyəndə keçir. Azərbaycanda isə çiy ət demək olar ki, yeyilmir, yəni süfrə mədəniyyətimizdə yoxdur. Hazırda təcrübəsiz mütəxəssislər danışır və vətəndaşlarda da qorxu yaradırlar. Ət 75 dərəcədə qaynadılırsa, dabaq xəstəliyi olan heyvanı da yeyə bilərsiniz. Halbuki bizdə ət daha yüksək temperaturda bişirilir. Yəni heç bir təhlükəsi yoxdur”.

Tarix
2025.11.03 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla