Yuxarı

Yaşa görə pensiya alanlara müjdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşa görə pensiya alanlara müjdə

Azərbaycan sosial dövlətdir, daxili siyasətdə sosial məsələlər hər zaman prioritetdir və sosial məsələlər həmişə Prezidentin diqqət mərkəzində olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib:

“Bu paketlər hər il 4 milyon vətəndaşın sosial durumunun yaxşılaşmasına xidmət edir. Ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurlar 2026-cı il büdcəsində sosial xərclərin artımına səbəb olub. DSMF-nin 2026-cı il üçün gəlirləri cari illə müqayisədə 9,3% çoxdur. Gələn il DSMF-nin xərcləri cari illə müqayisədə 10,5% çox olacaq. 2019-cu ildən əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Bu meyil gələn il də davam edəcək. Əmək pensiyalarının orta aylıq məbləği 2026-ci ildə 590 manat olacaq. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır”.

Tarix
2025.11.05 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla