Yuxarı

“AzerGold”un Zəfər Günü münasibətilə ağacəkmə aksiyaları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold”un Zəfər Günü münasibətilə ağacəkmə aksiyaları...

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən “Çovdar” qızıl mədəni və eləcə də Göygöl rayonu, Üçtəpə kəndi ərazisində ağacəkmə aksiyaları keçirilib.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Zəfərin 5 illiyi münasibətilə Qızılca-Üçtəpə bələdiyyəsinin dəstəyi ilə Üçtəpə kəndi ərazisində salınacaq Zəfər parkı üçün təxminən 0,8 hektar sahədə 700-ə yaxın cökə, vələs və göyrüş ağacı tingləri əkilib, bitkilərə müvafiq aqrotexniki qulluq göstərilib.

Ekoloji aksiya çərçivəsində növbəti mərhələdə “Çovdar” qızıl mədəni ərazisində yerli iqlim şəraitinə uyğun 1300 ədəd ağac tingi əkilib. Bununla yanaşı, tədbir zamanı ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin bu kimi ekoloji təşəbbüsləri ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə dəstək məqsədi daşıyır.

Bugünədək QSC tərəfindən qızıl mədənlərinin yaxınlığında yerli iqlim şəraitinə uyğun minlərlə ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb və bu istiqamətdə fəaliyyət mütəmadi şəkildə davam etdirilir.

Tarix
2025.11.08 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyevin portreti Bakı səmasında - Video

Qardaş Azərbaycan xalqı... – Ukrayna səfiri

Bakıda hərbi parad keçirildi - Video

İlham Əliyev Hərbi paradla bağlı paylaşım etdi - Foto

Onlar bizi yeni müharibə ilə hədələyirdilər...

1918-ci ildə Bakını işğaldan azad edən Ənvər və Nuru Paşanı...

Qarabağ Azərbaycandır! Bu həqiqət... - Fidan

Türkiyə PA Bakıdakı hərbi paraddan görüntülər paylaşdı - Foto

Ordumuzun yeni texnikaları hərbi paradda... - Foto

Türkiyənin F-16 qırıcıları da Bakı səmasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla