Yuxarı

Ərdoğan Bülənd Bakilərin Qarabağ şeirini səsləndirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Bülənd Bakilərin Qarabağ şeirini səsləndirdi

Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

“Bundan 45 gün əvvəl əslən qarabağlı olan böyük bir şairimiz rəhmətə getdi. Mərhum Yavuz Bülənd Bakilər Qarabağa olan həsrətini bu misralarla dilə gətirmişdi:

Torpağına bayraqlarla girə bilərəm.

Qara sevdalılar kimi həsrətəm Qarabağa.

Uğrunda ölə bilərəm.

Bir gün bitərsə hər şey Qarabağı görmədən,

İstəmərəm lentlər, çələnglər.

Allahım, ruhuma bir az rahatlıq ver.

Üstümə oxunmuş bir neçə ovuc mübarək Qarabağ torpağı səpilsə, kifayət edər.

İllər boyu şairlər Qarabağ üçün belə həsrət dolu şeirlər yazmışlar. İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var”, - Ərdoğan vurğulayıb.

Tarix
2025.11.08 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla