İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video
12:43
| Ana səhifə Toplum |
|
UEFA Çempionlar Liqasında təmsilçimiz “Sabah” FK-nın növbəti matçı ilə əlaqədar oktyabrın 20-də “Bakı Metropoliteni” QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.
Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
“Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna azarkeşlərin daha rahat gediş-gəlişini təmin etmək məqsədilə Qırmızı xətt gücləndirilmiş qrafikdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək.
Qarşılaşma başa çatdıqdan sonra azarkeşlərin mənzilbaşına rahat çatması üçün zərurət olarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərəkət qrafikində dəyişiklik edilməyəcək.
|
Tarix
2026.10.20 / 11:55
|
Müəllif
Axar.az
|