Yuxarı

FHN-in Aran Regional Mərkəzi təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Aran Regional Mərkəzi təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimə FHN-in yerli qurumlarının, DİN Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir xətt polis məntəqəsi və Mingəçevir şəhər Polis şöbəsinin post patrul xidmətinin və TƏBİB-n Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şəxsi heyəti və texnikası cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd cəlb olunan qüvvələrin mümkün fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi olub.

Təlim zamanı iki ədəd kiçikhəcimli gəminin şərti toqquşma hadisəsi və bu zaman həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər simulyasiya edilib. Belə ki, “qəza” zamanı “zərərçəkmişlər” xilasedicilər tərəfindən “xilas olunaraq ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil veriliblər. Gəmidə baş vermiş şərti yanğın yanğınsöndürənlər tərəfindən “söndürülüb, digər ərazilər yanğından mühafizə edilib”.

Təlimdə ümumilikdə xüsusi təyinatlı 11 ədəd texnika və 57 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Tarix
2025.11.15 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla