Yuxarı

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi "Dəmiryol nəqliyyatında qəzalar zamanı xilasetmə əməliyyatı" mövzusunda təlim keçirib.

Axar.az xəbər verir ki, təlimə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat hadisələri zamanı qəzaya uğramış qatarlardan və avtonəqliyyat vasitələrindən zərərçəkmişlərin xilas edilməsi ilə bağlı xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı "deformasiyaya uğramış" nəqliyyat vasitəsindən "zərərçəkmişləri" təxliyə edərək onlara "təxirəsalınmaz ilkin yardım" göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Tarix
2025.11.23 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan COP-a sədrliyi bu ölkəyə verdi

Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış?

Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla