Yuxarı

"Airbus" təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Airbus" təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalı...

Azərbaycan Hava Yolları QSC (AZAL) "Airbus" markalı sərnişin təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına münasibət bildirib.

Aviaşirkətdən Axar.az-a bildirilib ki, "Airbus" şirkətindən rəsmi direktivlər daxil olan kimi təyyarə parkında operativ şəkildə texniki yoxlamalar aparıb.

“Yoxlamanın nəticələrinə əsasən, korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarə müəyyən edilib. Tövsiyələrə uyğun olaraq həmin təyyarələrin proqram təminatı əvvəlki stabil versiyaya qaytarılıb.

Direktivləri "Airbus" A320 ailəsinə aid təyyarələrin idarəetmə sistemi ilə bağlı müəyyən nasazlıqlar aşkarlanandan sonra göndərib. İstehsalçının məlumatına görə, güclü günəş şualanması zamanı uçuşun idarə olunmasıda istifadə edilən bəzi məlumatlarda təhrif yarana bilər. Bununla əlaqədar olaraq, proqram təminatının növbədənkənar yenilənməsi başlanılıb və hava gəmisinin istismarçılarına müvafiq göstərişlər verilib.

AZAL bütün texniki məsələləri vaxtında və tam şəkildə həll edib. Hazırda aviaşirkətin bütün təyyarələri ştat rejimdə fəaliyyət göstərir.

AZAL üçün uçuşların təhlükəsizliyi hər zaman əsas prioritet olaraq qalır. Aviaşirkətin reysləri istehsalçının tələblərinə və beynəlxalq mülki aviasiya standartlarına tam uyğun şəkildə yerinə yetirilir”, - məlumatda qeyd edilib.

Tarix
2025.11.29 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla