İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video
00:56
| Ana səhifə Toplum |
|
Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib.
Report xəbər verir ki, Salyan şəhəri, İsa Quliyev küçəsində yaşayan 46 yaşlı Talıb Mirzağa oğlu Hüseynov Arbatan kəndinə gedərkən çaqqal hücumuna məruz qalıb.
Yırtıcı, kişinin sol qıç nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən quduzluğa qarşı vaksin vurduqdan sonra o, ambulator müalicəyə buraxılıb.
|
Tarix
2016.08.04 / 00:42
|
Müəllif
Axar.az
|