Yuxarı

Rəhbər şəxslər Xətai İH-də: müşavirə keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəhbər şəxslər Xətai İH-də: müşavirə keçirildi - Foto

09.12.2025-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə “Xətai rayonunda 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzularında rayon müşavirəsi keçirib.

Axar.az xəbər verir ki, müşavirədə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, FHN Bakı Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov, FHN Bakı Regional Mərkəzinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil ocaqlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Müşavirədə rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyəti, yanğın təhlükəsizliyinin təmin olunması və bu sahədə potensial risklərin müəyyən edilərək qabaqlayıcı tədbirlərin görülməsi müzakirə edilib.

Həmçinin, rayonda enerji təchizatı və qaz təsərrüfatında, həmçinin yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti, mövcud problemlər və onların həlli yolları barədə məruzələr dinlənilib.

Müşavirədə, eyni zamanda, mülki müdafiə işinin təşkili ilə bağlı komissiya yaradılıb. Komissiyaya mülki müdafiə hazırlığının yoxlanılması və monitorinqlərin keçirilməsi tapşırılıb. Xüsusilə son zamanlar baş verən xoşagəlməz yanğın hadisələri nəzərə alınaraq bazarların, ticarət mərkəzlərinin, istehsalat müəssisələrinin, çoxmənzilli yaşayış binalarının balanssaxlayıcılarına yanğın təhlükəsizliyi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.

Tarix
2025.12.10 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla