Yuxarı

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.

Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

“Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.

Qeyd edilib ki, tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.

Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.

Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.

Tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyə bilərlər.

Tarix
2025.12.10 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla