Yuxarı

Aqşin Fatehin restoranı cərimələndi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqşin Fatehin restoranı cərimələndi - Video

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən xəbərə görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib.

Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Əlavə edək ki, protokol tərtib edilən "By Fateh" restoranı meyxanaçı Aqşin Fatehə məxsusdur.

Tarix
2025.12.10 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla