Yuxarı

Murad Quliyev barəsində qiyabi istintaq başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Quliyev barəsində qiyabi istintaq başa çatdı

Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə qiyabi istintaq başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil.

Qeyd edək ki, Quliyev Murad Qüdrət oğlu barəsində Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 15-dəki qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2019-cu il sentyabrın 23-də “Facebook” platformasında “Murad Quliyev” adlı səhifəsində və 2023-cü il dekabrın 24-də “Youtube” platforasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.

Tarix
2025.12.16 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla