Yuxarı

Rusdilli məktəblərdə bu fənlərin azərbaycanca keçilməsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusdilli məktəblərdə bu fənlərin azərbaycanca keçilməsi...

Elm və Təhsil Nazirliyinin qərarı ilə “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi” fənləri dövlət dilində tədris olunacaq. Bunun şagirdlər üçün hansısa problem yaradacığını düşünmürəm. Bu, eyni zamanda cəmiyyətə mesajdır. Bəzi ailələr övladının fərqli bir dildə təhsil almasında maraqlı ola bilərlər. Amma unutmaq olmaz ki, şagirdlər öz doğma dilini bilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov bildirib.

“Məktəblərin vəzifəsi vətənə layiqli şəxsiyyət yetişdirməkdir və hər bir vətəndaş öz dövlətinin tarixini bilməli, dövlət dilində yazmaq və oxumaq bacarıqlarına malik olmalıdır. Eyni zamanda vətəndaş olaraq ölkənin gələcəyini əmanət edə biləcəyimiz şəxsiyyət kimi formalaşmalıdır. Təbii ki, burada məktəblərin öhdəlikləri var. Hansı bölmədə təhsil almasından asılı olmayaraq, bütün şagirdlər dövlətini sevən, onun tarixini və dövlət dilini bilən, eyni zaman da milli-mənəvi dəyərlərə bağlı olan vətəndaş kimi yetişdirilməlidir. Burada məktəbin rolu böyükdür”, - o deyib.

Ekspert qeyd edib ki, bu qərarın bir çox müsbət tərəfləri olacaq:

“Hər bir şagird şəxsiyyət kimi formalaşması üçün lazım olan bilikləri öz dilində almalıdır. Bu təməllər məktəbdə qoyulur və bu dəyərlər təhsil ocaqlarında formalaşır. Elə bu səbəbdən də dəyərləri formalaşdrmaqda rol oynayan fənlərin dövlət dilində tədris olunması uğurlu addım olacaq”.

Qeyd edək ki, Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda bildirib ki, tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə "Azərbaycan tarixi" fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır.

Tarix
2025.12.18 / 13:51
Müəllif
Xanım Səbuhiqızı
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla