Yuxarı

Naxçıvan VK ilə bağlı yeni qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan VK ilə bağlı yeni qərar

Naxçıvan Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri genişləndirilir.

Axar.az xəbər verir ki, sözügedən məsələ "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanuna aşağıdakı redasiya verilir.

- Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini təsdiq etmək və onlarda dəyişiklik etmək;

- Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının sədrini, sədr müavinini və digər üzvlərini seçmək;

- Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının məbləğini müəyyən etmək.

Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılacaq.

Layihəyə görə, Vəkillər Kollegiyası üzvlərinin növbədənkənar ümumi yığıncağı Vəkillər Kollegiyası üzvlərinin üçdə birinin tələbi və ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı əsasında çağırıla bilər. Bundan başqa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin edəcək.

Tarix
2025.12.20 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla