Yuxarı

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

Azərbaycanın İsraillə yaxşı münasibətləri var. Bununla yanaşı, biz burada prinsiplərdən də geri çəkilmirik. Həmişə demişik ki, Fələstin məsələsi ilə bağlı ikidövlətli həll, həmçinin Şərqi Qüdsün Fələstinin paytaxtı olması tərəfdarıyıq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

“İsrailli dostlarımız da Azərbaycanın prinsipial mövqeyini bilirlər. Eyni şəkildə, iranlı qonşularımızla danışarkən bildiririk ki, biz mehriban qonşuluq münasibətlərinə və bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə tam hörmət edirik. Həmçinin Azərbaycanın suveren ərazisindən qonşularımızın hər hansı birinə qarşı hər hansı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Çünki Azərbaycan üçün də ölkə ərazisində heç bir xarici hərbi mövcudluğun olmaması prioritetdir”, - deyə o əlavə edib.

Tarix
2026.10.02 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla