Yuxarı

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Ermənistan cəmiyyətində müşahidə edilən müəyyən tendensiyalar bizi də narahat edir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

O qeyd edib ki, daha bir narahatedici məqam revanşizmin Ermənistanın gəncləri arasında da yayılmasıdır:

“Çünki seçkidə Robert Köçəryan və Samvel Karapetyanın əsas elektoratını və seçici bazasını Ermənistanın gəncləri təşkil edirdi. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər. Bu, narahatedici haldır. Buna görə də Ermənistan hökumətini öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmağa çağırırıq.

Azərbaycan tərəfdən isə sülh gündəliyini davam etdirmək, onu yerdə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan elə bir regional arxitektura qurmaq istiqamətində strateji qətiyyətimiz var ki, bu, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin.

Buna görə də biz həmişə deyirik ki, bu sülhü yalnız Paşinyan hökuməti, Baş nazir Paşinyanla bağlamaq istəmirik. Biz bu sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik”.

Tarix
2026.10.02 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla