Yuxarı

“Bakı Bus”onlarla avtobusu niyə qarajda saxlayır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı Bus”onlarla avtobusu niyə qarajda saxlayır? - Video

“Bakı Bus” balansında olan “İveco” markalı avtobusların bir qisminin iki ildən artıqdır ki, qarajlarda saxlanıldığı və xəttə buraxılmadığı bildirilir.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı video yayılıb.

Videonu çəkən şəxs xaricdən olduqca yeni görünən bu avtobusların baxımsız vəziyyətdə qalmasının əvəzinə, xüsusilə Bakının kənd və qəsəbə marşrutlarında istifadəsini tövsiyə edir.

Televiziya əməkdaşları sözügedən video əsasında həmin ünvana yollanıb. Jurnalistlər qarajda onlarla avtobus dayandığnı görüb.

Ərazidə çəkiliş aparmağa icazə verilməyib. Bununla belə, məlum olub ki, ərazi “İveco” şirkətinin avtobuslarının təmir mərkəzidir. Başqa sözlə, bu qədər avtobusun hansısa bir texniki nasazlığı var və təmirdədir.

Məsələ ilə bağlı Bakı Bus MMC-dən isə bildirildi ki, bu şirkətin istismarında olmuş “İveco” markalı avtobuslar 2015-ci ildə istismara verilib və müvafiq müqavilə şərtlərinə əsasən bu nəqliyyat vasitələri üçün istismar müddəti 10 il müəyyən edilib. Bu səbəbdən “İveco” avtobuslarının Azərbaycanda rəsmi nümayəndəyi tərəfindən aparılan diaqnostika və texniki baxışın, habelə beynəlxalq qiymətləndirici qurum tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələri nəzərə alınaraq, sözügedən avtobusların gələcək istismarı ilə bağlı müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, rəsmi məlumatlara görə, “Bakı Bus” parkına “İveco” markalı avtobuslar əsasən Avropa Oyunları ərəfəsində, 2014-2015-ci illərdə gətirilib. Həmin dövrdə ümumilikdə 302 ədəd “İveco” markalı avtobus alınaraq istismara verilib. Bakıya gətirilən birinci mərhələdə 151 ədəd “İveco” avtobusları üçün bağlanan müqavilənin ümumi dəyəri təxminən 50 milyon avro təşkil edib. Bu avtobuslar əsasən yüksək sərnişin tutumuna malik şəhər marşrutları üçün nəzərdə tutulub. Beynəlxalq yanaşmalara əsasən, şəhər avtobuslarının texniki ömrü 15-20 il, real istismar müddəti isə əksər hallarda 12-15 il hesab olunur. Başqa sözlə, 10-11 illik avtobuslar texniki baxımdan avtomatik olaraq istismara yararsız sayılmır. Təcrübədə belə hallarda çıxış yolu kimi avtobusların texniki vəziyyəti imkan verdiyi təqdirdə daha az yüklənən marşrutlara, o cümlədən şəhərkənarı və qəsəbə xətlərinə yönləndirilməsi variantı da nəzərdən keçirilir.

Daha ətraflı videomaterialda:

Tarix
2025.12.22 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla