Yuxarı

“Kristal” müğənniyə mənzil verib? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kristal” müğənniyə mənzil verib? - Açıqlama

Son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə guya bir deputatın sahibi olduğu “Kristal” şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterlidir.

Bu barədə Axar.az-a “Kristal” şirkətindən məlumat verilib.

“Bununla bağlı bildiririk ki, ümumiyyətlə “Kristal” şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilmiş, nə də satılmışdır.

Qeyd edirik ki, adı çəkilən şəxs şirkətimiz tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkətimiz tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə etmişdir. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilmişdir.

Bu kimi uydurma və sensasiya xarakterli xəbərlərin yayılması şirkətimizin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda Azərbaycanın ailə dəyərlərinə, xalqımızın mədəni-mənəvi irsinə və cəmiyyətimizdə formalaşmış etik normalara ziddir.

“Kristal” şirkəti bu cür qeyri-etik, böhtan xarakterli və ictimai rəyə mənfi təsir göstərən məlumatların yayılmasını qətiyyətlə qınayır və media nümayəndələrini peşə etikası prinsiplərinə, obyektivliyə və məsuliyyətə riayət etməyə çağırır.

Bu kimi məlumatların yayımının dərhal dayandırılmasını, artıq dərc olunmuş materiallara münasibətdə təkzib və müvafiq düzəlişlərin verilməsini tələb edirik. Əks halda, şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır», - məlumatda qeyd olunub.

Xatırladaq ki, “Kristal Abşeron”un “Pişik Günel” kimi tanınan müğənniyə Xırdalanda ev hədiyyə etdiyi haqda məlumat yayılmışdı.

Tarix
2026.01.01 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla