Yuxarı

Tibb müəssisələrində aşkarlanan nöqsanlar açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tibb müəssisələrində aşkarlanan nöqsanlar açıqlandı

2025-ci ildə tibb müəssisələrində 119 planlı və 230 plandankənar yoxlama aparılıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Axar.az-a bildirilib ki, ümumilikdə, il ərzində 270 protokol yazılıb, onlardan 109-u müəssisələrə və 161-i isə tibb işçiləri ilə bağlı inzibati xəta haqqında protokollardır.

Belə ki, inzibati protokollar lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə məşğul olmağa görə, özəl tibb fəaliyyəti üçün verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılmasına görə, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildiyinə görə halları əhatə edir.

O da qeyd edilib ki, ötən il 407 əczaçılıq müəssisəsində plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Nöqsanlar aşkarlanan 115 əczaçılıq müəssisəsinə İXM-nin müvafiq maddələri üzrə cərimə protokolları tərtib edilib. Nöqsanlar əsasən qanunsuz əczaçılıq fəaliyyəti, dərman vasitələrinin reseptsiz satışı, aptek təşkilatlarına dair tələblərin pozulması, sertifikasiyadan keçməyən əczaçının dərman vasitələrinin satışında iştirak etməsi ilə bağlı olub.

Tarix
2026.01.06 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Sənan Şahbəndəyev işdən çıxarıldı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla