Yuxarı

Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...

Hazırda Nəsimi Nəbizadə ilə birlikdəyik və onun vəziyyəti qənaətbəxşdir. Yaxın zamanda Yutub çəkilişlərinə start verilməsi planlaşdırılır.

Bunu Axar.az-a açıqlamasında Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov tanınmış jurnalistlər Nəsimi Nəizadə və Ceyhun Əsgərovun müalicəsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Nəsimi Nəbizadənin dişləri ilə bağlı müəyyən problemlər var və bu səbəbdən hazırda efir üçün uyğun deyil:

“Məsələ həll olunduqdan sonra çəkilişlər dərhal başlayacaq. Ceyhun Əsgərovun vəziyyəti isə yaxşıdan da yaxşıdır. O, artıq “Empatiya” adlı verilişlə efirə qayıdıb. Verilişin ilk müsahibi mən olmuşam ki, bu da mənim üçün qürurvericidir. Qeyd edim ki, cəmi üç ay əvvəl evindən ağır vəziyyətdə götürdüyüm bir dostum bu gün tamamilə fərqli bir mərhələdədir - sağlam vəziyyətdə, kamera qarşısında və yenidən öz sözünü deyən bir insan kimi”.

Qeyd edək ki, tanınmış teleaparıcı, əməkdar jurnalist, uzun illər AzTV-də aparıcı kimi fəaliyyət göstərmiş Nəsimi Nəbizadə bir müddətdir narkotik, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, uzun müddət teleaparıcı kimi fəaliyyət göstərmiş jurnalist Ceyhun Əsgərov isə alkoqol asılılığına görə Qurtuluş Reabilitasiya Mərkəzində müalicə alırlar.

Tarix
2026.01.06 / 21:54
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla