Yuxarı

Bu kəmsavad jurnalistə görə 3 saat cəza azdır - Sabiq deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kəmsavad jurnalistə görə 3 saat cəza azdır - Sabiq deputat

“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa, qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”

Amil Xəlilin bu sözlərinə görə Speys TV-nin yayımı 3 saatlıq yox, 30 saatlıq dayandırılmalı idi.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil eksperti, sabiq millət vəkili Etibar Əliyev deyib.

“Bu kəmsavad "jurnalist"in danışıqları arada qarşıma çıxır. Psixi durumunda problem var. “Qızını filan universitetə qoy” nə deməkdir. Bu əməlli-başlı təhdiddir. Son dövrlərin müşahidələrinə görə, yerli fənn və beynəlxalq fənn olimpiadalarında, DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında qızlar oğlanlardan heç də geridə qalmırlar. 2024/2025 tədris ilində 102 Prezident təqaüdçüsündən 48-i qızdır. Məsələn, Bakı Dövlət Universitetinin keçənilki Prezident təqaüdçülərinin (16 nəfər) 11-i qızdır. Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçülərinin sırasında 11 qız var. Tibb Universitetində də analoji vəziyyətdir.

Qızların elmdə və təhsildə rolunun artmasının qarşısını almaq mümkün deyil və bu amil ölkə üçün əhəmiyyətlidir. Televiziyalarda səfeh, ictimai rəyi çaşdıran verilişlərə yol verilməməlidir. Hər bir televiziyanın səviyyəsi ona rəhbərlik edən şəxsin səviyyəsindədir...

Murad Dadaşov üçün "Komedixana" verilişi elmi-populyar verilişlərdən üstündür. Vadonun da yəqin ki, ən yaxşı jurnalisti Amildir”, - o bildirib.

Tarix
2026.01.11 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla