Yuxarı

Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda "üfüqi monitorinq"in tətbiqinə start verildi. Yeni monitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimumlaşdıracaq. Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb.

Yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə 25% maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur.

Vergi orqanı “üfüqi monitorinq”in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək. Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək "üfüqi monitorinq" iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur.

Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar "üfüqi monitorinq"ə qoşula bilərlər. Bu, həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur", - o bildirib.

Tarix
2026.01.12 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla