Yuxarı

Metroda gediş haqqı dəyişəcək? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda gediş haqqı dəyişəcək? - Rəsmi

Bu məsələ hələlik uzaq perspektivdədir. Hazırda yalnız təhlillər aparılır və yaxın gələcəkdə konkret qərarın verilməsi nəzərdə tutulmur. Dünya təcrübəsi öyrənilir və mövcud yanaşmalar araşdırılır.

Bu barədə Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov metroda gediş haqqının məsafəyə görə tətbiqi haqda danışarkən deyib.

“Diferensial ödəniş mexanizmlərinin hər birinin özünəməxsus texniki şərtləri və tələbləri mövcuddur. Hansı mexanizmə üstünlük veriləcəyi ilə bağlı danışmaq üçün hələ tezdir”, - o bildirib.

Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparıldığını və bunun yaxın gələcəkdə tətbiqinin mümkünlüyünü açıqlamışdı.

Tarix
2026.01.12 / 13:47
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla