Yuxarı

Kəmaləddin Qafarov Gillani ilə onlayn görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Qafarov Gillani ilə onlayn görüş keçirdi

Yanvarın 15-də Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və Pakistan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Seyid Rza Əli Gillani arasında videokonfrans formatında görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Kəmaləddin Qafarov dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, Prezident İlham Əliyevin ölkələrimiz arasında strateji əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Qeyd olunub ki, 2025-ci il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Pakistanın Baş nazirinin iştirakı ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi olub. Bildirilib ki, Azərbaycan və Pakistan arasında parlamentlərarası, siyasi və iqtisadi sahələrlə yanaşı, dövlət xidmətləri istiqamətində də səmərəli əməkdaşlıq mövcuddur. Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması bu sahədə uğurlu tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Pakistanlı parlamentari Rza Əli Gillani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakını məmnuniyyətlə xatırladıb. Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Onlayn görüşdə iştirak edən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elşən Musayev, Ceyhun Məmmədov, Arzu Nağıyev, Azərbaycanla dostluq qrupunun üzvləri Sehar Kamran, Seyida Amnah Batul, Məhəmməd Moin Aamer Pirzadə, eləcə də hər iki ölkənin səfirləri Qasım Muhiuddin və Xəzər Fərhadov ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüblər.

Tarix
2026.01.15 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla